Piyadalar ən çox gecə saatları vurulur...
Son vaxtlar respublikamızda , xüsusilə də, Bakıda piyadavurma halları çoxalıb. Bəs buna görəsən , səbəb nədir? Təbii ki, bu suala birmənalı cavab vermək çətindir. Ən azından ona görə ki, bu hadisələrin baş verməsinin bir yox , bir çox səbəbləri var.
Biz bu sualımızı Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirliyə ünvanladıq. Cənab rəis dedi ki, Bakı şəhərində piyadavurma hallarının artması öncə bizi, yol polisi əməkdaşlarını daha çox narahat edir. Onu görə də biz paytaxtın əksər küçə və prospektlərində qabaqlayıcı tədbirlər həyata keçiririk. Keçirilən profilaktik işlər zamanı piyadalarla yol polisi səmimi söhbətlər edir, onları maarifləndirir və lazımi tövsiyələr verir. Çox qəribədir ki, yeraltı və yerüstü keçidlərin yaxınlıqda olduğu bir yerdə piyadalar ondan istifadə etmir, yüksək sürətlə hərəkət edən avtomobillərin arasından yolu keçmək istəyirlər.
Bu isə çox təhlükəlidir. Çünki yüksək sürətlə hərəkət edən avtomobil hər an təyin olunmayan yerdən keçən piyadanı vura bilər. Qanuna əməl etməyən , piyadaya yol verməyən sürücü də var, yol hərəkəti qaydalarını kobud surətdə pozan piyada da! Bax bunların günahı, səhlənkarlığı üzündən ölümlə nəticələnən ağır qəzalar qaçılmaz olur. Düzdür, belə sürücülər və piyadalar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə edilirlər.
Amma bizim məqsədimiz kimisə , cərimə etmək deyil, intizama dəvət etməkdir. Və çox vaxtda buna nail oluruq. Bir də ən çox piyada vurmalar sutkanın qaranlıq saatlarında olur. Belə ki, yağış yağanda və yollar normal işıqlandırılmayanda piyadavurma hadisələr daha da çoxalır. Piyada elə bilir ki qaranlıq havada sürücü onu yaxşı görür.
Amma bu, belə deyil, çünki sutkanın qaranlıq saatlarında , gündüz saatları ilə müqayisədə yol yaxşı görünmür. Bir qədər yağış yağanda vəziyyət daha da çətinləşir və piyadavurma hallarının baş verməsi üçün münbit şərait yaranır! Deməli, birmənalı olaraq həm sürücülər , həm də piyadalar daha diqqətli olmalıdırlar ki , belə havalarda ağır qəzalar baş verməsin!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14
Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
15 Sentyabr 2026 11:52


Bakı -°C

