16 Avqust 2024 13:42
130
GÜNDƏM

ANAMA sədri: İndiyədək 377 nəfər minaların qurbanı olub

Vətən müharibəsi bitdiyi gündən indiyə qədər 377 nəfər minaların qurbanı olub.

Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, bu gün Minalardan və Partlamamış Hərbi Sursatlardan Təmizləmə üzrə İşçi qrupunun səyyar iclası Laçın şəhərində baş tutacaq:

"Laçına gedərkən əməliyyat sahələrinə baş çəkdik. Hazırda Cəbrayıl rayonun Sarıcallı kəndi ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq oluruq. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən işçi qrupu mütəmadi olaraq belə səyyar toplantılar keçirir".

Sədr bildirib ki, indiyə qədər 156 min hektara yaxın ərazi təmizlənib, bu ərazilərdən 151 mindən yuxarı mina və partlamamış hərbi sursat aşkar olunub.

"Təəssüf ki, mina qurbanlarının sayı artır. Dinamika aşağı düşsə də, yenə hadisələr baş verir. Müharibə bitdiyi gündən indiyə qədər bu partlayışlar nəticəsində 69 nəfər həlak olub, 377 nəfər minanın qurbanı olub," - o bildirib.Report