Sahibkarlara verilən kreditin həcmi açıqlandı
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat həcmində kredit verilib.
Adalet.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Bildirilib ki, ölkədə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi dövlətin iqtisadi siyasətində əsas prioritetlərdən biridir. Bu siyasət İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli Fərmanına əsasən, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət verilməsi və bu kreditlər üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması mexanizmi tətbiq olunur. Bu istiqamətdə əsas icraçı qurum kimi İpoteka və Kredit Zəmanət Fondunun rolu müəyyən edilib.
2026-cı il aprelin 1-nə olan məlumata görə, ənənəvi zəmanət mexanizmi çərçivəsində Fondun təminatı ilə sahibkarlara ümumilikdə 707,3 milyon manat kredit verilib. Təkcə 2026-cı ilin yanvar-mart aylarında bu göstərici 23,2 milyon manat təşkil edib.
Məlumata görə, zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, subsidiyalar hesabına sahibkarlar üçün faktiki illik faiz dərəcəsi isə 6,8 faizdir. Bir sahibkara ayrılan kredit məbləği 30 min manatdan 5 milyon manatadək dəyişir.
Verilən kreditlər əsasən sənaye və emal, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm, infrastruktur, maşınqayırma, ticarət və xidmət sahələrinə yönəldilib. Bu layihələr çərçivəsində 6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Eyni zamanda, Prezidentin 2022-ci il 24 avqust tarixli Fərmanına uyğun olaraq, mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni dəstək alətləri də tətbiq edilir. Bunlara kredit portfelinin təminatı və istiqraz öhdəliklərinə zəmanət mexanizmləri daxildir.
Portfel təminatı mexanizmi çərçivəsində indiyədək 426 sahibkarın 7,1 milyon manatlıq kreditinə 5,3 milyon manat zəmanət verilib. 2026-cı ilin ilk rübündə isə 62 sahibkarın 1,61 milyon manat kreditinə qarşı 1,2 milyon manat təminat təqdim olunub.
Bundan əlavə, istiqraz emissiyası üzrə ümumilikdə 10 milyon manatlıq buraxılışa 6 milyon manat məbləğində zəmanət verildiyi bildirilib.
Digər Xəbərlər
10 Aprel 2026 11:36
"Bu cərimə məbləğlərinin minimum hədləri müəyyənləşdirilsin" - Deputat
10 Aprel 2026 09:46
Azərbaycan neftinin qiyməti açıqlandı
09 Aprel 2026 10:00
Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR
09 Aprel 2026 09:59
Azərbaycan nefti ucuzlaşdı
08 Aprel 2026 18:23
Azərbaycandan Serbiyaya ixrac olunan qazın həcmi açıdlandı
08 Aprel 2026 17:18
"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir
08 Aprel 2026 09:49
Azərbaycan nefti neçəyə satılır?
07 Aprel 2026 12:05


Bakı -°C

