AP Rusiya ərazisinə hücumlara icazə verən qətnaməni qəbul etdi
Avropa Parlamenti (AP) Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsini tələb edən qətnamə qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, qətnamə ilə bağlı qərar cümə axşamı Strasburqda keçirilən plenar iclasda səs çoxluğu ilə qəbul edilib. Qətnaməni 425 avropalı deputat dəstəkləyib, 131 deputat əleyhinə səs verib, daha 63 deputat isə bitərəf qalıb.
"Avropa Parlamenti üzv dövlətləri Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı Ukraynaya tədarük edilən Qərb silah sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırır”, - bəyanatda deyilir.
Deputatlar vurğulayırlar ki, mövcud məhdudiyyət “Ukraynanın özünümüdafiə hüququnu tam həyata keçirməsinə mane olur” və ölkəni həssas edir.
Digər Xəbərlər
01 Yanvar 2026 10:20
Zelenski: Sülh sazişinin 90 faizi hazırdır
01 Yanvar 2026 10:11
Amsterdamda Yeni il gecəsi 150 illik kilsə binası yanaraq məhv oldu
01 Yanvar 2026 08:35
Türkiyəli qadın Trampın qızı olduğunu iddia edir
31 Dekabr 2025 16:11
Gürcüstanda 50 milyonluq heroin müsadirə edildi
31 Dekabr 2025 16:00
"2026-cı il Avropa üçün həlledici ola bilər" - Fridrix Merts
31 Dekabr 2025 15:41
Türkiyədə 3 çoban qar uçqununa düşdü - Axtarış aparılır
31 Dekabr 2025 15:16
Ərdoğan: 600 min suriyalı Türkiyədən vətəninə qayıdıb
31 Dekabr 2025 15:08


Bakı -°C

