30 Dekabr 2020 16:55
60394
ŞOU-BİZNES

Aparıcı Vüsalə Əlizadə koronavirusa yoluxdu

“Çox təəssüflər olsun ki, nə qədər qorunsam da, mən də dünyamızı cənginə almış bu sağlıq müharibəsinin iştirakçısı oldum. Haradan, kimdən, necə gəldiyi bəlli deyil. Hər dəfə efirdə də deyirdim, bu virusa yoluxmaq oğurluq, əyrilik deyil, bütün dünya varlı, kasıb, məşhur, hamı yoluxur və yoluxacaq. 2 həftədir, işdə yoxam, qaydalara görə karantində olmalı idim, oldum da. Ölkənin bu vəziyyətində “Ay camaat, mən xəstələnmişəm aaa, xəbəriniz olsun” deyib car çəkməyi ayıb bildim, çünki 3 minə yaxın ailə yas, acı içindədir, kimin nəyinə lazımdır bu məlumatlar? Dərdimiz başqadır. İstəmədim, bu günlərdə yersiz başlıqla xəbər manşetlərində görünüb insanların həssas məqamında qıcıq yaradanlardan olum, özümə yaraşdırmıram!”

Adalet.az saytı xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə “instagram” hesabında yazıb:

“Heç kim üçün qeyri-adi hadisə deyil. Hamımız alışdıq, öyrəşdik və çox sıradan qəbul etdik bu virusu. Şişirdiləcək heç nə yoxdur. Çox şükürlər olsun ki, özümü yaxşı hiss edirəm və çox pozitiv qarşıladım, belə də bitirdik. Mənə görə narahat olan, yazan, zəng edən, axtaran bütün dəyərli dost, tanış və izləyicilərim, var olun. Allaha əmanət olun”.

Rövşən Tahir