Ağadadaş Ağayev ona çıxarılan hökmdən DANIŞDI
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ötən həftə yekunlaşıb.
Adalet.az Lent.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayev xuliqanlıqda təqsirli bilinib və ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilərək, bir il sınaq müddəti hesab edilməklə şərti hesab olunub.
Bu gün Ağadadaş Ağayev vəkili ilə birgə kamera önünə keçərək barəsində çıxarılan hökmdən danışıblar.
"Azərbaycan xalqının qarşıdan gələn bayramını təbrik edirəm. Bayram təbrikini evimdən edirəm. Mətbuatda haqqımda yayılan bəzi xəbərlərə münasibət bildirmək istəyirəm. Mənə iki il sınaq müddəti olmaqla şərti cəza verilib. Mən sizin yanınızdayam. Fəaliyyətimə, hərəkətimə heç bir məhdudiyyət qoyulmayıb. İlk dəfə başıma belə bir iş gəldi və məhkəmə qarşısına çıxdım. Mən həmişə söyləyirdim ki, hüquqi dövlətdə yaşayıram. Mən də bütün Azərbaycan vətəndaşları kimi qanunla eyni hüquqa malikəm. Xalq artisti olsam da, müxtəlif mükafatlara layiq görülsəm də, fərqi yoxdur. Qanun qarşısında boynum qıldan incədir", - Xalq artisti vurğulayıb.
Xalq artistinin vəkili Asim Abbasov isə deyib ki, Ağadadaş Ağayevin həbs olunduğu barədə rəy formalaşmışdı:
"Göründüyü kimi, o, evindədir. Mətbuatda hökmün şərti cəza hissəsi bir az yanlış yayımlandı. Hökmə əsasən, Ağadadaş Ağayevə iki il sınaq müddəti seçilməklə şərti cəza verilib. Sadəcə, bu müddət ərzində Ağadadaş Ağayev öz davranış və hərəkətini diqqətdə saxlayacaq".
Digər Xəbərlər
24 Sentyabr 2026 14:07
Almaz Ələsgərli: “ Bunlar müğənnini gözdən salır”
24 Sentyabr 2026 13:45
Əməkdar artist: “Əgər kimsə bu sözlərimi qəbul etmirsə...”
23 Sentyabr 2026 10:18
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
23 Sentyabr 2026 09:15
Roza Zərgərli: “O mahnılar heç nəyi sübut etmədi, amma...”
23 Sentyabr 2026 09:10
Məcid Hüseynov: “Hazırda kino üçün çox vəsait ayrılmır”
22 Sentyabr 2026 13:53
Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
22 Sentyabr 2026 11:03
“Bu gün Azərbaycan küçələrində "Kurtlar Vadisi" replikaları ilə danışan bütöv bir nəsil var”
22 Sentyabr 2026 00:06


Bakı -°C

