adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Mart 2024 12:50
1858
ŞOU-BİZNES

Aparıcı: “Zaur qədər yaxşılıq edən yoxdur”

Aparıcı Günay Baxşəliyeva həyat yoldaşı Zaur Baxşəliyevin etdiyi yaxşılıqları dəyərləndirməyənlərə ismarıc göndərib.

Adalet.az bildirir ki, xanım aparıcı zəhmət itirən insanları nankorluqda qınayıb:

“Zaurun layihəsi olan “Bizimləsən” proqramı uzun illərdir yayımlanır. Onun və komamdasının etdiyi yardımlar qədər heç bir verilişdə yardım edilməyib. Azərbaycanın elə bir ucqar kəndi yoxdur ki, ən azı ordan bir adam bu verilişdə əməliyyat olunmasın və ya müalicə almasın. Bunu əminliklə deyirəm. Bütün bunların bizdə siyahısı var. Bir də onu deyim ki, kim gözəllik axtarırsa gözəllik görür, kim pislik axtarırsa pislik görür. Bu artıq insanın xisləti ilə bağlı olan bir məsələdir. Neçə- neçə insanlar bu proqramda sağlamlığına qovuşub, bir çoxu estetik-plastik əməliyyat olunub. Bunların nəyi pisdir?”

Əntiqə