17 Aprel 2025 10:43
282
GÜNDƏM

"Aparılan yenidənqurma prosesi Ağdam, Xocavənd və Füzulini əhatə edir" - Emin Hüseynov

"Ağdam, Füzuli və Xocavənd əraziləri işğaldan azad edildikdən sonra bir sıra mədəni irs obyektlərinin vandalizmə məruz qaldığı aşkar olunub. Ali Baş Komandanın rəhbərliyi ilə bu mədəni və tarixi abidələrin bərpası və dirçəldilməsi prosesi hazırda davam etdirilir".

Adalet.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov I İslam Dünyası Mədəniyyət Forumunun açılışında deyib.

O bildirib ki, hazırda aparılan yenidənqurma prosesi Ağdam, Xocavənd və Füzulini əhatə edir və bu proses ümumilikdə beş mərhələdən ibarət plan üzrə həyata keçirilir.

"Birinci mərhələ baş planlaşdırma və layihələndirmədir. Biz artıq bütün əsas şəhər və regional mərkəzlər üçün baş planlar hazırlamışıq. Baş planlar hazırlandıqdan sonra biz bu ərazilərdə yerləşən vacib obyektlərin yerlərini dəqiq müəyyənləşdiririk", - deyə xüsusi nümayəndə bildirib.