Erməni terrorçularının tarix qarşısında susqun baxışları: Əməlləri bir daha ifşa olunur - FOTOLAR
Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan bir qrup Ermənistan vətəndaşının məhkəmə prosesi davam edir.
Adalet.az xəbər verir ki, bu gün keçirilən növbəti məhkəmə prosesində Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmədə Xocalı soyqırımı ilə bağlı kadrlar nümayiş etdirilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə və 613 nəfərin ölümü ilə nəticələnən faciə ilə bağlı videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların görüntüləri yer alıb. Onların arasında uşaq və qocaların görüntüləri də olub. Həmin görüntülərdən aydın olur ki, meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə olub.
33 il öncə Milli Qəhrəman Çingiz Mustafayevin “Üzünü qaldır, üzünü” deyərək lentə aldığı körpələrin görüntülərini təsqirləndirilən şəxslər də izləyiblər. Onların bəziləri videogörüntülərin onlara guya pis təsir etdiyini öz hərəkətləri ilə nümayişkəranə şəkildə göstəriblər. Bəzilərinin isə görüntülərə baxmağa üzü belə olmayıb. Əlbəttə, terrorçuların bəzilərinin kədəri “timsah göz yaşlarından” başqa bir şey deyil. İkinci bir tərəfdən isə onların utancı tamamilə normaldır. Çünki 33 il əvvəl törətdikləri əməllər insanlığa uyğun davranış deyil. Əksinə, bəşəri cinayətdir.
Həmin hadisələrin üzərindən uzun illər keçdikdən sonra tarixi faktların təqdim olunması və terrorçuların səssiz – sakit, utanc hissi ilə həmin karları izləməsi təkcə Ermənistan, o cümlədən oradakı revanşistlərin deyil, həm də beynəlxalq ictimaiyyətin konkret olaraq fakt qarşısında qalmasıdır. Beləliklə, bir daha sübut olundu ki, rəsmi Bakının uzun illər dünyaya tanıtmaq istədiyi məlumatlar tarixi reallıq, Ermənistanın Azərbaycanı ləkələmək, tarixi saxtalaşdırmaq üçün ortaya atdığı dezinformasiyalar isə sadəcə mifdir. Bunu bu gün erməni terrorçular sözügedən kadrları izləyərkən üz ifadələri, baxışları ilə də təsdiqləmiş oldular.
Digər Xəbərlər
07 Dekabr 2025 16:42
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanıldı
06 Dekabr 2025 20:20
Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi
06 Dekabr 2025 12:36
Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı
05 Dekabr 2025 16:11
DİN və AQTA birgə tədbir keçirdi - 1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO
05 Dekabr 2025 10:04
Tulin Ələkbərova tələbəsi ilə birlikdə saxlanıldı
04 Dekabr 2025 20:07
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alındı - BİRGƏ MƏLUMAT
04 Dekabr 2025 18:36
"Elə bil toyda oynayırdılar" - Ərəblərin məhkəməsində şahidlər danışdı
04 Dekabr 2025 13:43


Bakı -°C

