02 Iyul 2025 12:04
161
GÜNDƏM

AQİL ABBAS AZƏRBAYCAN POLİSİNİ TƏBRİK ETDİ

Daxiliİşlər Naziri general polkovnik Vilayət  Eyvazov cənablarına

Çox hörmətli cənab general polkovnik!


Bu gün  dövlətimizin və   xalqımızın  xidmətində  dayanan  Azərbaycan  polisinin 107 yaşı  tamam  olur. Tarixə  nəzər  yetirsək, şanlı  bir  yol  keçmiş  Azərbaycan  polisi  ilə  hər birimiz  qürur  duya  bilərik.  Belə  ki, həm  dinc   həyatda, həm də  Qarabağ  savaşında, döyüş  meydanlarında       düşmənə  qarşı  rəşadətlə  döyüşən  dinc  sakinlərimizin   qorunması, torpaqlarımızın   müdafiəsi  üçün  hətta  canından  keçən polis əməkdaşları  bütün  dünyaya  sübut   etmişdilərki, onlar  üçün  Azərbaycan  insanının  həyatı  və  təhlükəsizliyi  ən   önəmli    vəzifədir. Ona  görə  də  istənilən  düşmənlə, istənilən   cinayətkarla  mübarizə  aparmağa  Azərbaycan polis  bütün səviyyələrdə  hər  zaman  hazırdır.
 

Cənab  nazir!

Sıralarında   Milli  Qəhrəmanların, ən  yüksək  mükafatlara  layiq  görülmüş  igid polis əməkdaşlarının da olduğu  Daxili işlər  orqanlarının  təkcə  torpaqlarımızın  azad  edilməsindəki   xidmətləri unudulmaz  və  təkrarolunmaz  bir  xidmət  səlnaməsidir. Faktlara diqqət yetirsək görərik ki, Qarabağ müharibələrində Azərbaycan Polisi 900-dən artıq şəhid vermiş, onlardan  62-si Milli Qəhrəman adına layiq görülmüş, 400-dən də çox  polis qazi olmuşdur. 2023-cü ildə Qarabağda separatizmin kökünün kəsilməsində Azərbaycan Polisi qəhrəmanlıq nümayiş etdirmişdir. Son illər narkotiklərə qarşı polisimizin apardığı mübarizəni də xüsusi qeyd etmək istəyirəm.

Bizim hər  birmiz  bu səlnamənin  şahidləriyik.Yeri  gəlmişkən, onu da vurğulayım  ki, təkcə  ön cəbhədə  deyil, həm  də  dinc həyatda  insanlarımızı  təhlükələrdən  qorumaq  üçün  özünü  qurban verən polis əməkdaşları da kifayət  qədərdir. Bütün  bunlar onu  göstərirki, əqidəsi  və  məramı  Azərbaycan dövlətinə və xalqına xidmət etmək olan polisimiz hər zaman hər birmizin yanındadır.

Bunun üçün ölkə prezidenti cənab İlham Əliyevin Daxili İşlər orqanlarının fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması istiqamətində atdığı addımlar, verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar öz bəhrəsini zaman- zaman ortaya qoymuşdur. Bu gün fəxrlə deyə bilərik ki, polisimizin maddi-texniki bazası ən yüksək səviyyədədir. Həmçinin, polis əməkdaşlarının ictimai-hüquqi bilikləri də günbəgün artmaqdadır.

Cənab nazir!

107 yaşı tamam olan polisimizin – Sizin rəhbərliyiniz altında dövlətimizə xidmət edən hər bir əməkdaşını peşə bayramınız münasibətiylə ürəkdən təbrik edirəm. Azərbaycan polisinə eşq olsun! - deməklə uğurlar diləyirəm. İnanıram ki, bizim polisimiz həmişə olduğu kimi bizimlə olacaq və Azərbaycan insanının qarşısında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəkdir. Bir daha peşə bayramınız mübarək.

Hörmətlə Aqil Abbas 
Milli məclisin deputatı, yazıçı