Aqil Abbas: “İran hökuməti icazə versə, özüm də maddi yardım göndərərəm”
"Bu, faciədir. Heç nəyə baxmadan biz yardımımızı etməliyik".
Bu fikirləri millət vəkili Aqil Abbas musavat.com-a İranın Xoyda zəlzələdən zərər çəkənlərə yardımı rədd etməsini şərh edərkən bildirdi.
A.Abbas xatırlatdı ki, Azərbaycan-Ermənistan müharibəsi zamanı İranda zəlzələ olanda Azərbaycandan İrana həkimlər yola salınmışdı, onları qəzaya salıb öldürmüşdülər: "İranda faciə olub. Zəlzələ nəticəsində evlər dağılıb. Bizim də yardım etmək imkanımız var. İran bu yardımı rədd etməklə səhv edir. İran hökuməti icazə verməsə, heç nə etmək mümkün deyil. Güman edirəm ki, kənar vilayətlərdə yaşayan azərbaycanlılar köməklərini əsirgəmirlər. İran hökuməti icazə versə, şəxsən özüm də maddi yardım göndərərəm".
Qeyd edək ki, Musavat.com-a daxil olan məlumata görə, ikitərəfli münasibətlərdə böhrana baxmayaraq, Azərbaycan bu günlərdə diplomatik kanallarla yardım təklif edib. İran isə bunu rədd edib. Türkiyə Qırmızı Aypara Cəmiyyətinin başqanı Kərəm Kınık isə bu barədə öz səhifəsində bu barədə aşağıdakıları yazıb: "Zəlzələdən sonra dərhal yardım təklifimizi onlara çatdırdıq. Ancaq zəlzələnin öhdəsindən gələ biləcək qədər imkanları olduğunu ifadə edərək, bizə təşəkkür etdilər".
Digər Xəbərlər
18 Yanvar 2026 14:02
Raquf Orucovun haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var - Səxavət Məmməd yazır
18 Yanvar 2026 13:56
Raquf Orucov: igidliyi haqqında əfsanələr dolaşan komandir! - Elgün Gəncimsoy yazır
18 Yanvar 2026 13:51
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
18 Yanvar 2026 11:28
FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirib
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15


Bakı -°C

