Azərbaycan-BƏƏ hərbçilərinin birgə təlimində "şahinlər" havaya qalxdı - FOTOLAR/VİDEO
Ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi uğurla davam edir.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, plana uyğun olaraq əvvəlcə hərbi qulluqçulara brifinq təqdim edilib, qarşıya qoyulan vəzifələr, onların yerinə yetirilmə ardıcıllığı və uçuşların təşkili qaydaları dəqiqləşdirilib.
Sonra iştirakçılar arasında koordinasiyanın təmin edilməsi, eləcə də nəzərdə tutulan fəaliyyətlərin plan üzrə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Təlimin növbəti mərhələsində təyyarə və helikopterlərin uçuşları həyata keçirilib. Uçuşlar zamanı aviasiya vasitələrinin tətbiqi və müəyyən edilmiş əməliyyatların yerinə yetirilməsi üzrə fəaliyyətlər məşq etdirilib.
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin qatıldığı təlimin əsas məqsədi şəxsi heyətin peşəkar hazırlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsini genişləndirilməsi və birgə fəaliyyət imkanlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi oktyabrın 20-dək davam edəcək.
Digər Xəbərlər
14 Oktyabr 2026 19:08
Almaniyadan 30-dan çox azərbaycanlı geri qaytarıldı
14 Oktyabr 2026 18:10
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14 Oktyabr 2026 17:46
"Bizim vaxtımızda uşaqlar nə yaylıq, nə hicab bağlayırdı"
14 Oktyabr 2026 16:00
Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
14 Oktyabr 2026 13:01
Məktəbli formasına görə asayişi pozanlar HƏBS EDİLDİLƏR
14 Oktyabr 2026 12:36
Azərbaycanda 800-dən artıq məscid tikilib - Eldar Əzizov
14 Oktyabr 2026 12:27
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış oldu
14 Oktyabr 2026 10:21


Bakı -°C

