Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış oldu
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumatlandırıb.
“ASAN xidmət”in intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Laos Xalq Demokratik Respublikasının Prezidenti "ASAN xidmət"in fəaliyyətindən təsirləndiyini, onun innovativ və vətəndaş məmnunluğuna əsaslanan xidmət modelini yüksək qiymətləndirdiyini vurğulayıb. O, ASAN təcrübəsinin öyrənilməsi və ölkəsində tətbiqi imkanlarının araşdırılması ilə bağlı müvafiq göstəriş verəcəyini bildirib.
Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.
Digər Xəbərlər
14 Oktyabr 2026 18:22
Azərbaycan-BƏƏ hərbçilərinin birgə təlimində "şahinlər" havaya qalxdı - FOTOLAR/VİDEO
14 Oktyabr 2026 18:10
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14 Oktyabr 2026 17:46
"Bizim vaxtımızda uşaqlar nə yaylıq, nə hicab bağlayırdı"
14 Oktyabr 2026 16:00
Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
14 Oktyabr 2026 13:01
Məktəbli formasına görə asayişi pozanlar HƏBS EDİLDİLƏR
14 Oktyabr 2026 12:36
Azərbaycanda 800-dən artıq məscid tikilib - Eldar Əzizov
14 Oktyabr 2026 10:21
“Məktəb heç zaman nə dövlətin, nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz”
14 Oktyabr 2026 09:52


Bakı -°C

