adalet.az header logo
  • Bakı -°C
18 Avqust 2026 13:42
74
GÜNDƏM
A- A+

Aqil Abbas SƏRHƏDÇİLƏRİ TƏBRİK ETDİ

Cənab  general - polkovnik!

Çox  hörmətli  Elçin Quliyev!

Sizi  və  Sizin  şəxsinizdə   sərhəd mühafizə orqanları əməkdaşlarını peşə bayramınız  münasibəti ilə ürəkdən təbrik edirəm!

 Hamımıza  bəlli  olduğu  kimi,  müstəqilliyimizin bərpasından sonra  Azərbaycan sərhədlərinin mühafizəsinin yenidən qurulması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Üçrəngli Azərbaycan Bayrağının Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması da milli sərhəd mühafizəsinin tarixində mühüm hadisələrdən biridir!.

Sərhədlərdə ilkin zəruri infrastrukturun yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər mühüm proseslər müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib.  Sonrakı illərdə  isə   Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki imkanları əhəmiyyətli dərəcədə gücləndirilib. Yeni sərhəd dəstələri və zastavalar yaradılıb, ölkənin hava, quru və su sərhədlərinin etibarlı mühafizəsi təmin edilib.

Müasir texniki vasitələrin tətbiqi genişləndirilib, dəniz sərhədlərinin mühafizəsi sistemi və sərhəd aviasiyasının təşkili başa çatdırılıb.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, xidməti-döyüş imkanlarının artırılması, peşə hazırlığının yüksəldilməsi, yeni silah, texnika və avadanlıqlarla təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 2007-ci ildə Prezident İlham Əliyevin DSX-nin Akademiyasının yaradılması haqqında Sərəncam imzalaması sərhədçi kadrların hazırlanması və sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi baxımından ən mühüm addımlardan  bir olub.

Cənab  general - polkovnik!

Sevindirici  haldır  ki, son illərdə DSX-nin idarəetmə sistemi də müasir tələblərə uyğun şəkildə təkmilləşdirilib. Müasir radiorabitə və telekommunikasiya sistemlərindən istifadə genişləndirilib, sərhəd-buraxılış məntəqələrində nəzarətin təşkili beynəlxalq standartlara uyğunlaşdırılıb. Şəxsi heyət sərhəddən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı nəzarətin həyata keçirilməsi üçün müasir texniki vasitələrlə təmin edilib. Bütün sərhəd-keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması miqrasiya proseslərinə nəzarəti daha da gücləndirib.

Çox  hörmətli  Elçin Quliyev!

Hər  birimiz  çox  yaxşı  bilirik  ki,  DSX-nin şəxsi heyəti Vətən müharibəsində də böyük fədakarlıq və qəhrəmanlıq göstərib. 44 günlük müharibə zaman sərhədçilərimiz  qarşısında qoyulan döyüş tapşırıqları  ən  yüksək   bir  şəkildə,   peşəkarlıq  və   döyüş  sücaəti  ilə  yerinə  yetirilib.. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət göstəriblər.

Müharibənin ilk günlərindən etibarən Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək geniş ərazilərin azad olunmasında iştirak ediblər. Onlar 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücum həyata keçirərək düşmənə ciddi zərbələr endiriblər. Xudafərin körpüsündə və dövlət sərhədimiz boyunca Azərbaycan Bayrağı ucaldılıb.

.Göstərdikləri  igidliyə  görə   12 sərhədç “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bununla yanaşı, yüzlərlə sərhədçi müxtəlif orden və medallarla təltif olunub.

Bu gün də  Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığı, müasir silah və hərbi texnika ilə təchizatı, eləcə də xidməti-döyüş fəaliyyəti göstəricilərinə görə yalnız regionda deyil, Avropa miqyasında da aparıcı mövqelərdən birini tutur. Biz  Sizlərin  hər  biri ilə  qürur  duyur  və  sərhədlərimizin  etibarlı   oğullarımız  tərəfindən qorunduğuna  inanır, həm də güvənirik!

Bir  daha  Sİzi  və bütün  şəxsi  heyyəti  təbrik edir. hər  birinizə müqəddəs  işinizdə  uğurlar diləyirəm!

Aqil  Abbas,

millət  vəkili, Yazıçı -publisist