16 Avqust 2024 17:00
177
SİYASƏT

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Bakının Qaradağ rayonunda “Qobu Park-3” yaşayış kompleksində məskunlaşan Füzuli rayonundan olan seçicilərlə görüş keçirib.Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Adalet.az xəbər verir ki, deputat seçicilərlə fikir mübadiləsi aparıb: “Bu yola sizin xeyr-duanızla çıxdım. Sizə hər zaman söylədiyim kimi mənim üçün deputatlıq sizə, xalqımıza, dövlətimizə daha çox xidmət edə bilməkdir. Deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam. Əgər mənə təkrar etimad göstərsəniz, bundan sonra da sizi layiq olduğunuz səviyyədə təmsil etməyə çalışacam."

Aqil Abbas ali dövlət rəhbərliyinin vətəndaşlara qayğısından danışıb və bunun hər bir millət vəkili, məmur üçün örnək olduğunu deyib:

“Seçicinin qayğısı bizim qayğımızdır. Biz hər bir vətəndaşın qayğılarını öz qayğımız bilmədən ümumölkə inkişafına töhfə verə bilmərik. Biz dövlət-xalq birliyinin təntənəsini Vətən müharibəsində gördük. Bu birlik xalqımızın xarakterinin göstəricisidir".

Görüşdə Aqil Abbas sualları cavablandırıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.