16 Avqust 2024 22:39
100
DÜNYA

Sırski Zelenskiyə məruzə etdi: Kurskda irəliləyirik!

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində yeni irəliləyişlərə malikdir, bəzi istiqamətlərdə onlar bir-üç kilometr məsafədə irəliləyiblər.

Adalet.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski videobağlantı vasitəsilə Prezident Vladimir Zelenskiyə məruzəsində deyib.

"Hücum döyüşləri davam etdirilir və bəzi istiqamətlərdə 1-3 km irəliləyirik. Bütün cəbhə xəttində döyüşlər davam edir. Vəziyyət nəzarət altındadır. Bütün tədbirlər plana uyğun həyata keçirilir", - o bildirib.

O vurğulayıb ki, Kursk vilayətindəki qoşunlar hər şeylə təmin olunub, maddi-texniki təchizat sistemi nasazlıq olmadan işləyir.

Nazir qeyd edib ki, hazırda Malaya Lokni ərazisində döyüşlər gedir: "Ümid edirəm ki, orada çoxlu əsirlər olacaq".

Sırski prezidentə ölkənin şərqindəki vəziyyət barədə də məlumat verib. Onun sözlərinə görə, səhər saatlarından etibarən Pokrovsk və Toretsk istiqamətlərində şiddətli döyüşlər gedir:

"Haqqında məlumat verdiyim bütün tədbirlər həyata keçirilir. Hər şeyi nəzarətdə saxlayıram".