16 Avqust 2024 16:19
139
DÜNYA

Türkiyə parlamentində DAVA DÜŞDÜ

Türkiyə Böyük Millət Məclisində (TBMM) dava düşüb.

Adalet.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, TBMM-də Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından deputat Ahmet Şık AK Partiyasının üzvlərini təhqir edib.

Bundan sonra TBMM-də gərginlik artıb və deputatlar yumruq davasına çıxıblar.