30 Oktyabr 2024 11:43
301
SİYASƏT

Arayik Arutyunyan həm iranlı, həm türkiyəli jurnalistləri ölkəsinə dəvət etdi: SƏBƏB...

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə mediasının nümayəndələrini ölkəsinə dəvət edəcək.

Adalet.az
xəbər verir ki, bunu Ermənistanın 2025-ci il dövlət büdcəsi layihəsinin parlamentin maliyyə və kredit məsələləri üzrə komissiyasında müzakirəsi zamanı baş nazir aparatının rəhbəri Arayik Arutyunyan deyib.

O bildirib ki, türkiyəli jurnalistləri İrəvana dəvət etməkdə məqsəd Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsünün işıqlandırılmasına nail olmaqdır.

Arutyunyan əlavə edib ki,  yaxın vaxtlarda iranlı ekspertlərin də Ermənistana 4 günlük səfəri planlaşdırılır:"Sülh yol ayrıcı” yenə də müzakirə mövzularından biri olacaq. Bundan əlavə, bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək.

 Əntiqə Rəşid