Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan Adalet.az-a verilən məlumata görə iclasda çıxış edən Şuranın sədri İnam Kərimov son dövrlərdə məhkəmə sahəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, bu gün ölkəmizdə məhkəmə işinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əməli tədbirlər həyata keçirilir və bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir.
Eyni zamanda aparılan kadr islahatları, Ali Məhkəmə və Apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlərin təyin edilməsi və peşəkar hakim korpusununun formalaşdırılmasının ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
İclasda həmçinin intizam icraatı üzrə işlərə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Daha sonra təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.
Digər Xəbərlər
08 Sentyabr 2026 16:50
Anar Əsədli barəsində qərar verildi
08 Sentyabr 2026 15:08
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00
Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
21 Avqust 2026 12:13
Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edild
20 Avqust 2026 13:50


Bakı -°C

