Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Dəmirov Adil Allahverdi oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluqdan Adalet.az-a verilən xəbərə görə, İmişli rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Dəmirov Adil Allahverdi oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi (oğurluq külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Hazırda onun Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
Digər Xəbərlər
04 Noyabr 2026 11:40
Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? - Ali Məhkəmədən izah
03 Noyabr 2026 15:34
Əli Kərimlinin məhkəməsi başladı - YENİLƏNİB
03 Noyabr 2026 11:03
Azərbaycanda vəzifəli şəxs həbs edildi
02 Noyabr 2026 16:18
Azərbaycanda hərbi xidmətdən yayınma ilə bağlı 5 cinayət işi başlandı
02 Noyabr 2026 11:18
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
29 Oktyabr 2026 20:10
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
27 Oktyabr 2026 20:45
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
27 Oktyabr 2026 16:54


Bakı -°C

