"Araz-Naxçıvan" 1/4 finala vəsiqə QAZANDI
"Araz-Naxçıvan" klubu futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Adalet.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda "Mingəçevir"lə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Premyer Liqa klubunda qolları 5-ci dəqiqədə Ülvi İsgəndərov, 21-ci dəqiqədə Bernardo Dias, 66-cı dəqiqədə Sezar Meza Kolli vurublar.
"Mingəçevir"in heyətində 80-ci dəqiqədə Elmin Bayramov fərqlənib.
"Araz-Naxçıvan" növbəti raundda "Zirə" - "Şamaxı" matçının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl "Səbail" 1/4 finala yüksəlib. Günün son oyununda "Sabah" və "Turan Tovuz" klubları münasibətlərə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.
Digər Xəbərlər
20 Noyabr 2026 17:16
Ardanın maaşı 10 milyonu keçdi
20 Noyabr 2026 12:03
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
18 Noyabr 2026 16:21
Arda Güler 2032-ci ilədək "Real"da
18 Noyabr 2026 10:30
Portuqaliya yığmasında daha bir gərginlik: O da millinin düşərgəsini tərk etdi
18 Noyabr 2026 09:08
Millətlər Liqası: Danimarka Norveçə, Uels isə Portuqaliyaya uduzdu
17 Noyabr 2026 16:52
Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurdu
17 Noyabr 2026 09:24
UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulur
17 Noyabr 2026 09:09


Bakı -°C

