"Araz-Naxçıvan" onlarla yeni müqavilə imzaladı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” komandası müqaviləsi başa çatmış daha 2 futbolçu ilə yenidən anlaşıb.
Klubdan Adalet.az-a bildirilib ki, Slavik Alxasov və Qara Qarayev 2025-2026-cı illər mövsümünü də Naxçıvan təmsilçisinin heyətində keçirəcək. Hər iki futbolçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.
Digər Xəbərlər

Azərbaycan klublarının Avropa macərası

Millətlər Liqasında ikinci finalçı müəyyənləşir - İspaniya Fransaya qarşı

Portuqaliya Almaniyanı məğlub edərək finala yüksəldi - VİDEO
