05 Iyun 2025 12:23
188
SİYASƏT

MDB iclasında Şərqi Zəngəzur və Qarabağın enerji potensialı barədə məlumat verilib

Düşənbədə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Şərqi Zəngəzur və Qarabağın enerji potensialı barədə məlumat verilib.

Adalet.az xəbər verir ki, Baş nazir Əli Əsədovun sözlərinə görə, Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində uğurla həyata keçirilən irimiqyaslı layihələr barədə danışan Ə. Əsədov qeyd edib ki, günəş və külək elektrik stansiyalarına dair imzalanmış müqavilələr 2030-cu ilə qədər ölkəyə əlavə 6 giqavat enerji təmin edəcək.

    “Eyni zamanda, Azərbaycan Respublikasının Şərqi Zəngəzur və Qarabağ bölgələrində müxtəlif gücə malik su elektrik stansiyalarının tikintisi və istismara verilməsi hesabına hidroenerji potensialı daxili investisiyalar hesabına artırılır. Görülən işlər nəticəsində növbəti beş il ərzində bərpaolunan enerji mənbələrindən enerji istehsalı potensialının ikiqat artırılması planlaşdırılır,” – deyə Baş nazir əlavə edib.