Araz və Kür çaylarında brakonyerlik edənlər tutuldu
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Araz çayının İmişli rayonundan keçən hissəsində qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan M. Zeynalov saxlanılıb. Həmin şəxsdən ov alətləri və qanunsuz olaraq ovladığı müxtəlif növlərə aid balıqlar aşkarlanıb.
Eyni istiqamətdə su polisləri tərəfindən keçirilən növbəti tədbir zamanı Kür çayının Neftçala rayonundan keçən hissəsində analoji əməllərə yol verən Ş. Şirinov və R. Əhmədov da saxlanılıblar. Adı çəkilən şəxslərdən sintetik torlar, ov alətləri və qanunsuz ovlanmış balıqlar aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
26 Fevral 2026 12:03
Prokurorluq əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət etdi - FOTOLAR
26 Fevral 2026 12:02
Hansı özəl klinikalar onkoloji xidmət göstərəcək? - Nazirdən açıqlama
26 Fevral 2026 11:57
Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi - FOTOLAR
26 Fevral 2026 11:18
Xalq Tolik istəyib, yoxsa xalqa o Tolik "itələnib"? - Səxavət Məmməd yazır
26 Fevral 2026 11:15
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edildi
26 Fevral 2026 10:43
TƏBİB fəaliyyətini dayandıracaq? - NAZİRDƏN AÇIQLAMA
26 Fevral 2026 10:42
Səhiyyə nazirindən plastik cərrahlarla bağlı AÇIQLAMA
26 Fevral 2026 10:21


Bakı -°C

