Arda Güler üçün 80 milyon avroluq təklif
"Arsenal" komandası "Real Madrid"in gənc yarımmüdafiəçisi Arda Gülerə "elçi düşüb".
Adalet.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mikel Arteta Arda Gülerin oyun tərzini çox bəyənir və onu komandasında görməyi çox istəyir.
Belə ki, İngiltərə təmsilçisi Arda Güler üçün 80 milyon avroluq təklif hazırlayıb. Lakin Xabi Alonso bu keçidə razılıq verməyib. O, A.Güleri komandasının əsas oyunçularından hesab edir.
Qeyd edək ki, Arda Güler bu il meydana çıxdığı bütün oyunlarda üç qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Real Madrid"lə 2029-cu ilin yayına qədər müqaviləsi var. (Oxu.az)
Digər Xəbərlər
25 Yanvar 2026 09:03
"Liverpul" "Qarabağ"la oyundan əvvəl uduzdu
25 Yanvar 2026 08:55
"Bilmək olmaz, bəlkə bu dünyadan daha tez köçdük" - Qurban Qurbanov
25 Yanvar 2026 08:54
Bəhlul Mustafazadə "Qarabağ"dan gedəcək? - AÇIQLAMA
24 Yanvar 2026 13:30


Bakı -°C

