"Bilmək olmaz, bəlkə bu dünyadan daha tez köçdük" - Qurban Qurbanov
“Azər Bağırovu və komandasını təbrik edirəm. Çox yaxşı mübarizə apardılar və layiqli qalibiyyət əldə etdilər. Çox istəkli idilər, udmaq istəyirdilər. Futbolçularıma gəlincə, alınmayanda alınmır. Əziyyət çəkdilər, yoruldular".
Adalet.az xəbər verir ki, bunu “Qarabağ” - “Kəpəz” oyunundan (0:2) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Qurbanov çempionatın ikinci hissəsinə daha yaxşı başlamaq istədiklərini bildirib:
"Buna baxmayaraq, qarşıda asan oyunumuz olmayacaq. Bütün matçlara maksimum hazırlıq, maksimum motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə “Liverpul”la matça hazırlaşmalıyıq. Komandalar daha təcrübəli olublar. Bir-birini daha yaxşı tanıyırlar. Daha aktiv, məsuliyyətli olmalıyıq. Mübarizə aparacağıq. Hər bir xal dəyərlidir”.
Təcrübəli mütəxəssis onu tənqid edənlərə münasibətini belə ifadə edib: "Haqqım varsa, halal olsun. Mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqda düz fikirləşməmişik. 10-15 ildir bu, davam edir. Tanımadan biri haqda fikir yürüdəndə belə hallar olur. Haqqım hamıya halaldır, bilmək olmaz, bəlkə bu dünyadan daha tez köçdük".
Digər Xəbərlər
18 Fevral 2026 15:07
“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasında
18 Fevral 2026 14:48
Üç klub azarkeşlərinə görə cərimələndi
18 Fevral 2026 13:36
ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi
18 Fevral 2026 12:10


Bakı -°C

