"Real Madrid" ardıcıl ikinci dəfə uduzdu - VİDEO
"Xetafe" futbol üzrə İspaniya çempionatının 26-cı turunun səfər oyununda Madridin "Real" klubuna 1:0 hesabı ilə qalib gəlib.
Adalet.az xəbər verir ki, yeganə qolu 39-cu dəqiqədə Martin Satriano vurub.
İkinci hissəyə əlavə olunmuş vaxtda "Real"ın oyunçusu Franko Mastantuono və "Xetafe"nin futbolçusu Adrian Liso meydandan qovulublar.
"Real"ın fransalı hücumçusu Kilian Mbappe diz bağlarının gərilməsi diaqnozu səbəbindən oyunu buraxıb.
"Real" İspaniya çempionatının cari mövsümündə ilk dəfə ardıcıl iki məğlubiyyət alıb. Ötən turda Madrid təmsilçisi "Osasuna"ya uduzmuşdu (0:2). Hazırda "Real" 60 xalla turnir cədvəlində 2-ci yerdə qərarlaşıb və "Barselona"dan 4 xal geri qalır. "Xetafe" isə 32 xal toplayaraq 11-ci pilləyə yüksəlib.
Digər Xəbərlər
08 Sentyabr 2026 14:59
"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq
08 Sentyabr 2026 07:08
ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
07 Sentyabr 2026 21:00
Neftçi" nigeriyalı hücumçu transfer etdi
07 Sentyabr 2026 20:00


Bakı -°C

