ARDNF-in aktivləri 58 milyard dollara çatıb
2024-cü il iyun ayının 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 3,4% artaraq 58 milyard 6 milyon ABŞ dolları təşkil edib.
Fonddan Adalet.az-a verilən məlumata görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 441,5 milyon manat təşkil edib.
Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərə gəldikdə əsas töhfə səhm investisiyalarının payına düşür. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarında yuxarı faiz dərəcələrinə baxmayaraq aşağı işsizlik dərəcələrinin qalması istehlak göstəricilərinə, o cümlədən ÜDM – nin artım tempinə müsbət təsir etmişdir. Həmçinin, süni intellekt texnologiyasındakı irəliləmələr və bu istiqamətdə optimist gözləntilər informasiya texnologiyaları səhmlərinə əhəmiyyətli dəstək vermişdir.
Sadalananlar əsasında cari ilin ilk yarımilində səhm bazarlarında yüksək gəlirlilik müşahidə olunub.
Digər Xəbərlər
16 Dekabr 2025 15:13
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı dəyişiklik
16 Dekabr 2025 15:08
Nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək
16 Dekabr 2025 13:13
İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək
16 Dekabr 2025 13:13
Məzuniyyətə çıxan işçilərin maaşının ödənilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 13:12
İş yerində bu şəxslərin ixtisara salınması mümkün olacaq
16 Dekabr 2025 13:11
İşçilərdən bu məlumatları məcburi tələb etmək mümkün olmayacaq
16 Dekabr 2025 13:11
6 ay çalışan işçiyə məzuniyyət verilməsi məcburi olacaq
16 Dekabr 2025 13:10


Bakı -°C

