27 Iyun 2024 20:13
365
MƏDƏNİYYƏT

Arif Quliyevin xanımı vəfat etdi

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib. 

Adalet.az xəbər verir ki, məlumatı aktyorun oğlu Rövşən Axşam.az-a təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib:

"Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik".

Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi. O, bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş, müalicəsi orada aparılmışdı. Həkimlər onun sağalmasının mümkün olmadığını demiş və evə yollamışdı.