28 Oktyabr 2024 20:04
64
DÜNYA

Türkiyə lideri: Ankaradakı terror aktından sonra 213 silahlı məhv edilib

Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra ümumilikdə 213 silahlı məhv edilib.

Adalet.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra Türkiyə ordusu tərəfindən İraqın şimalında və Suriyada 470-dən çox RRK hədəfi vurulub, bu ana qədər 213 terrorçu məhv edilib”, - Türkiyə lideri deyib.