28 Oktyabr 2024 17:35
74
DÜNYA

Tramp seçiləcəyi təqdirdə "Dəmir qübbə" quracağını bildirib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-də “Dəmir qübbə” quracaqlarını söyləyib.

Adalet.az xəbər verir ki, o, Nyu-Yorkda keçirdiyi seçki mitinqində seçiləcəyi təqdirdə, İsrailin "Dəmir qübbə"sinə bənzər nəhəng müdafiə qalxanı inşa edəcəklərini bildirib. 

ABŞ-nin üzərində nəhəng müdafiə qalxanı inşa etdirəcəyini ifadə edən Tramp, "Biz nəhəng müdafiə qalxanı quracağıq, onların hamısı burada Nyu-Yorkda istehsal olunacaq",- deyib.