28 Oktyabr 2024 18:00
130
GÜNDƏM

Dərəçiçək mahalındakı Keçərus monastrının erməniləşdirilməsi prosesi -  VİDEO

Bir zamanlar Qafqazda , Qərbi Azərbaycan ərazisində bir Dərəçiçək mahalı vardı. Nəsil şəbəkəsi Hindistana bağlı olan köçəri haylar Çar Rusiyası tərəfindən bu ərazilərə köçürüldükdən sonra Dərəçiçəyin başına gəlməyən faciələr qalmadı.

Alimimiz , filologiya elmləri doktoru, professor, İbrahim Bayramov "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" kitabında bildirir ki, zəngin təbiətə malik Dərəçiçək toponimi Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə Azərbaycan dilində «çiçəkləri olan bitki», «gül» mənasında işlənən çiçək sözünün birləşməsindən əmələ gəlib:" Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi üçün Dərəçiçək adlandırılıb. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir".

Mənbələrdə deyilir ki, kəndin adı 1847-ci ildə dəyişdirilib Konstantinovka adlandırılır. 1920-ci illərdə yaşayış məntəqəsinin adı kalka edilərək Tsaxadzor (Dərəçiçək) qoyulur.

Burada 1897-ci ildə ruslar, ermənilər və azərbaycanlılar yaşamışdır. XX əsrin əvvələrində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş və yalnız ermənilər və ruslar yaşamağa başlamışdır. İndi burada yalnız ermənilər yaşayır.

Dərəçiçəkdə qədim türk memarlığının yadigarı olan Keçarus türk məbədi vardı. Ermənilər tərəfindən dəfələrlə "bərpa" edilərək erməniləşdirilən bu məbəd də bir vaxtlar bizim idi...Mənbələr bildirir ki, ermənilərin Keçəris dediyi Keçarus məbədi Dərəçiçək mahalının

Axta (indi Razdan adlanır) rayonunun Dərəçiçək (Tsaxadzor) kəndində, Zəngi çayının sağ sahilində yerləşir və çox qədim alban kilsəsidir.
Günbəzli dördkünc bina şəklində olan məbəddəki kitabələrdən onun XI əsrdə tikilməsi məlumdur. Məbəd sovet dövründə bərpa edilərkən arxitekturasına və naxışlarına dəyişikliklər edimiş, erməni kilsəsi kimi tanıdılmışdır.

Bəli, Ermənilər tərəfindən dəfələrlə "bərpa" edilərək erməniləşdirilən bu məbəd də bir vaxtlar bizim idi...

Adalet.az xəbər verir ki, ernəni alimlər özəlləşdirdikləri bu tip məbədləri dünyaya erməni irsi kimi göstərmək üçün artıq layihələr həyata keçirirlər. Beləki, erməni tarix elmləri namizədi Mikael Malxasyan yalanlar qondararaq qeyd edib ki, Keçəris monastır kompleksi orta əsrlərin əsas milli-mənəvi mərkəzlərindən biri olub, erməni kimliyinin qorunub saxlanması və yadçılıqla məqsədyönlü şəkildə mübarizə aparıb:" Məhz Keçəris monastır icmasının israrlı mübarizəsi sayəsində orta əsrlərdə Erməni Apostol Kilsəsi öz dini müstəqilliyini, erməni xalqı isə öz mənəvi suverenliyini qoruyub saxlaya bilmişdir.

Keçəris monastırı həm də kilsənin həyətində monastırın memarı Vetsikin qəbir daşı və xaçkarının qorunub saxlanması ilə diqqət çəkir. Orta əsr erməni memarının məzar daşının oxunaqlı yazı ilə günümüzə gəlib çatması nadir hadisədir. Keçəris Monastırı kilsənin ön hissəsində qiyamət səhnəsini əks etdirən divar rəsmi ilə unikaldır".

Jurnalist və tarixçi Ani Akopyanın sözlərinə görə, XI əsrdə Pəhlavunlar sülaləsi tərəfindən əsası qoyulmuş Keçəris monastırının sayəsində Tsaxadzor 1000 ilə yaxındır həm ermənilər, həm də əcnəbilər üçün tanınan məkan olub:

" Tsaqkunyats dağlarının (Pəmbək dağları) ətəyində yerləşən bu qəsəbə sovet dövründə artıq istirahət zonasına və görkəmli idman mərkəzinə çevrilib, burada müxtəlif ölkələrin idman komandaları bu gün də məşq edir".

Keçəris monastırının və Tsaxadzorun tarixinə həsr olunmuş "Bizim tariximiz" layihəsinin bütövlükdə buraxılışı, videoda.

 Baxın və mənim kimi için-için yanın....

Əntiqə Rəşid