28 Oktyabr 2024 15:50
129
GÜNDƏM

Ermənilər anlayır ki, "artsax" bir daha olmayacaq: Sürətlə vətəndaşlıq alırlar

Deyəsən, artıq ermənilər anlayır ki, yenidən o qondarma artsax respublikası olmayacaq, onlar da o respyblikanın vətəndaşı ola bilməyəcəklər.


Adalet.az xəbər verir ki, Qarabağdan Ermənistan köçmüş ermənilərin 202 nəfəri də son 2 həftə ərzində Ermənistan vətəndaşlığı alıb.

Bunu Ermənistan Daxili İşlər Nazirliyinin daxili işlər nazirinin müavini Arpin Sarkisyanın parlamentə təqdim etdiyi hesabatda deyib
“Hazırda 5600-ə yaxın şəxs vətəndaşlıq üçün müraciət edib, onlardan 3611 nəfərə vətəndaşlıq verilib. Hökumətin idarə etdiyi vətəndaşlıq nəzərə alınmaqla bu rəqəmin artan tendensiyası var”.

Onun sözlərinə görə, Dağlıq Qarabağdan məcburi köçkün olan 113 635 nəfər müvəqqəti mühafizə şəhadətnaməsi alıb, 99 091 nəfər isə hesablanıb.
Məlumatlarda deyilir ki, 2023-cü ilin sentyabr-oktyabr aylarında erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina edərək könüllü şəkildə Ermənistana və üçüncü ölkələrə köçüblər.

Qeyd edək ki, çarəsiz qalan ermənilər məcburən Ermənistan vətəndaşlığı almalıdırlar. Çünki, qondarma artsax beynəlxalq hüququn subyekti kimi tanınmadığına görə, ermənilərə “070” kodu ilə verilmiş pasportlar da dünyada qanunsuz sayılıb.

 Əntiqə Rəşid