Arteta "Arsenal"ın tarixinə düşdü
"Arsenal”ın baş məşqçisi Mikel Arteta yeni klub rekordu qırıb.
Adalet.az xəbər verir ki, onun komandası ötən gecə İngiltərə Premyer Liqasının 14-cü turunda “Mançester Yunayted”i üstələyib - 2:0. "Topçular" bunadək "Mançester Yunayted"lə son 3 görüşlərində də qalib gəlmişdilər.
Nəticədə Arteta "Arsenal"la “Mançester Yunayted” üzərində ardıcıl 4 Premyer Liqa matçında qələbə qazanan ilk məşqçi olub.
Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlində 28 xalla 3-cüdür. “Mançester Yunayted” 19 xalla 11-ci yerdədir.
Digər Xəbərlər
26 Noyabr 2026 11:59
Futbolçu matçdan sonra güllələnərək öldürüldü
26 Noyabr 2026 11:51
Konfrans Liqası: "Trabzonspor" növbəti sınaq qarşısında
26 Noyabr 2026 09:56
"Düşünürdük ki, duran toplardan nəsə edək" - "Sabah"ın baş məşqçisi
26 Noyabr 2026 09:21


Bakı -°C

