Arvadından sonra qızı da işdən çıxarıldı
Xəbər verdiyimiz kimi, həyat yoldaşı Habil Eyvazovun sərxoş halda "TikTok"da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub.
Adalet.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi.
Bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.
Məlumata görə, atasının "TikTok"da qeyri-etik ifadələr səsləndirməsinə görə Leysan Məmmədov Jalə Eyvazovanı da vəzifəsindən azad edib.
Digər bir maraqlı məqam isə odur ki, uzun illər Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləyən Habil Eyvazov işğaldan azad olunmuş ərazilərdə yük avtomobillərinin biznesi ilə məşğuldur. O, ailəsinə məxsus yük avtomobillərini şirkətlərə icarəyə verməklə gəlir əldə edir. Özü isə rəsmi olaraq Azərbaycanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən "Agro Dairy" şirkətində çalışır.
Digər Xəbərlər
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
03 Aprel 2026 13:40
“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir - FOTOLAR
03 Aprel 2026 12:05
“Bu modelin beynəlxalq səviyyədə yayılmasının əsas səbəbi...”
03 Aprel 2026 11:46


Bakı -°C

