"Arzu edirəm ki, qəbul etdiyimiz qanunlar daha keyfiyyətli olsun" - Deputat
"Arzu edirəm ki, qəbul etdiyimiz qanunlar daha keyfiyyətli olsun".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bizim qanunlarımız Konstitusiyaya zidd olmamalıdır.
" "Ələt Azad iqtisadi zonası" haqqında qanun qəbul ediləndə də dediyi kimi burada konstitusiyaya zidd müddəalar var. Vergiləri, gömrük rüsumlarını Milli Məclis təyin edə bilər. Başqa dövlət qurumu vergi, gömrük rüsumu tətbiq edə bilməz. Aksiz dərəcələrini biz qanunla müəyyən etməliyik, amma bu Vergi Məcəlləsinə daxil edilib. Komitə iclasında iştirak edən Vergi Xidmətinin nümayəndəsi Samirə xanım bunu əsaslandırmağa çalışdı. Təəssüf ki, o Konstitusiyaya zidd bu maddəni konstitusiyaya zidd olan digər maddə ilə əsaslandırmağa çalışdı. Bu konstitusiyaya ziddir. Bu qanunlar ekspertizadan keçirilməlidir. Düşünürəm ki, Milli Məclisə gələn bütün qanun layihələri ekspertizadan keçirilməlidir”.
Digər Xəbərlər
02 Oktyabr 2026 17:01
“Hərənin arxasında, böyük bir dayı var” - İlham Əliyev
02 Oktyabr 2026 16:30
“Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular” - Prezident
02 Oktyabr 2026 16:10
İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB
02 Oktyabr 2026 15:48
YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır
02 Oktyabr 2026 15:33
YAP-ın Təftiş Komissiyasının hesabatı təqdim olundu
02 Oktyabr 2026 13:52
Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir – Politoloq
02 Oktyabr 2026 12:48
"YAP Cənubi Qafqazın ən qüdrətli partiyasıdır" - Musa Quliyev
02 Oktyabr 2026 12:46


Bakı -°C

