adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 May 2022 15:02
647
MARAQLI

Aşot, qəhbə dedin, bajın yadıma düşdü

Bir məşhur jurnalist vardı – Nəriman Həsənəliyev. Cavanlar tanımaz. Çox qeyri-adi və maraqlı adamdı. Həm də duz idi başdan-ayağa.

Evi də yox idi, həmişə də erməni məhləsində, ermənilərin evində kirəkeş yaşayardı. 

Bir dəfə Vladimir İliç Leninə bir teleqram vurur. Sovet vaxtı dəb idi. İnsanlar Lenin movzeleyinə məktub yazaraq Lenindən kömək istəyirdilər.

Teleqramda yazır ki, «Bəs erməni Surenin evində anam, mən və həyat yoldaşım 12 kv. metr otaqda kirəkeş yaşayıram. Amma erməninin iti qarik 18 kv.metrlik otaqda tək qalır.  Xahiş edirəm qarikin otağı ilə bizim otağın dəyişməsinə köməklik edəsiniz».

Təbii ki, teleqram Moskvadan göndərilir Bakıya, Mərkəzi Komitəyə.  Mərkəzi Komitənin ideoloji katibi də Nərimanı çağırır yanına və deyir:

- Ə, səfehin biri səfeh, Lenin sağdı, Leninə teleqram vurursan?

Nəriman:

- Yoldaş katib, bizi uşaqlıqdan öyrədirlər ki, Lenin yaşayıb, yaşayır və yaşayacaq. İndi yazıq Nərimana həyatında bir dəfə Lenin lazım oldu, öldü?!

Nəriman deyirdi ki, Mərkəzi Komitənin katibi  söz tapa bilmədi, yerindən qalxıb mənə bir təpik vurdu.

İndi gələk mətləbə. Deməli, «Neftçi» Bakıda uduzub. «Ararat» da özgə meydançada qalib gəlib. Nəriman dilxor halda həyətdə oturur. Bu vaxt ermənilər kefləri kök, futboldan qayıdırlar. Nərimanı görüb başlayırlar yalandan «Neftçi»nin halına yanmağa:

- Ə, belə iş olar? Bu namərdlər, bu əclaflar, bu qəhbələr yenə uduzdu...

Nəriman onun sözünü kəsib deyir:

- Aşot, qəhbə dedin, bajın yadıma düşdü, xəstə idi, indi nətəhərdi?

Allah  sənə rəhmət eləsin, Nəriman.

İfadəni Nərimanın dediyi kimi yazdığıma görə oxuculardan üzr istəyirəm. Nərimanı redaktə etmək günahdı.

Çox təəssüf ki, axtarışa verdik, o böyük kişinin şəkli heç hardan çıxmadı.