Ata nə qədər optimist olsa, erkən doğuş riski o qədər azalırmış
Ata nə qədər optimist olsa, erkən doğuş riskini azaldır.
Adalet.az xəbər verir ki, Kaliforniya Universitetinin alimləri 217 cütlük üzərində müşahidə apararaq bu qənaətə gəliblər.
Tədqiqat "Biopsychosocial Science and Medicine" (BSM) jurnalında dərc olunub.
Araşdırmalara görə atalar emosional dəstək verəndə və stresə dözümlü olduqda, analarda iltihab səviyyəsi azalır və uşaq vaxtından əvvəl dünyaya gəlmə ehtimalı aşağı düşür.
Eksperiment zamanı hamilə qadınlarda C-reaktiv zülalın səviyyəsi ölçülüb. Hansı ki, bu, iltihab göstəricisi olub və erkən doğuş riskinə işarə edir. Həm ata, həm də ana psixoloji sorğuları dolduraraq optimizm, özünəinam və sosial dəstək qabiliyyətini qiymətləndiriblər.
Nəticələr göstərib ki, rəsmi nikahda olan cütlüklərdə atanın özünəinamı və sosial dəstəyi qadınlarda iltihabı azaldaraq uşağın vaxtından əvvəl dünyaya gəlməsini əhəmiyyətli dərəcədə azaldır. Rəsmi nikah olmayan cütlüklərdə isə bu təsir müşahidə olunmayıb.
Mütəxəssislər vurğulayırlar ki, atanın emosional dəstəyi və pozitiv münasibəti yalnız bioloji proseslərə deyil, həm də sağlam qidalanma, stressin azalması və ümumi müsbət mühit yaradılması kimi ailənin həyat tərzinə təsir edir.
Qeyd edək ki, 37-ci həftədən əvvəl baş verən erkən doğuş uşaqlar üçün uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər, buna görə hər əlavə gün hamiləlikdə uşağın inkişafı üçün önəmlidir.
Digər Xəbərlər
02 May 2026 12:49
Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı
01 May 2026 12:53
Hamı onu atır - çiyələyin bu hissəsi də yeməlidir
30 Aprel 2026 10:11
Həkim, pasiyent və aptek bir sistemdə - Səhiyyə Nazirliyinin açıqlaması
30 Aprel 2026 10:11
E-resept həkim səhvlərini minimuma endirir
29 Aprel 2026 17:39
İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır - VİDEO
28 Aprel 2026 15:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
28 Aprel 2026 10:44
Corabla yatmaq sağlamlığa zərər verə bilər - Həkimlərin MƏSLƏHƏTİ
27 Aprel 2026 14:55


Bakı -°C

