“Ata ocağı”nda YENİLİKLƏR
Xəzər Tv-də yayımlanan “ Ata ocağı” yeni obrazlarla 6-cı mövsümə başlayır.
Adalet.az xəbər verir ki, ötən mövsümlərdə serialda yer alan Xalq artisti Vidadi Həsənov, Əməkdar artistlər Sənubər İsgəndərli, Xatirə Süleymanova və Elman Rəfiyev yenidən layihəyə qayıdıblar.
Bununla yanaşı, ötən mövsüm seiralda iştirak edən bəzi obrazlar 6-ci mövsümdə olmayacaq. Belə ki, əməkdar artist Mehriban Xanlarova, aktyorlar Türkay Cəfərli, Aydan Ağazadə, Sanura Cəfərova, Şəms Allahverdiyeva, Kənan Yusifov, Yasin Həzirə, , Corc Qafarov və Fəridə Şahbazova layihə ilə vidalaşıblar.
Son zamanlar işə qəbul olmağa görə GTT ilə problem yaşayan gənc aktyor Cavidan Kəsəmənli də seiraldan ayrılıb.
Serialda Akif obrazını canlandıran Xalq Artisti Vidadi Həsənov “Ədalət.az”a açıqlamasında bildirib ki, bu mövsümdə əvvəlkindən daha sərt xarakterli insan olacaq: “ Akif bu dəfə daha ehtiyatlı davranacaq. Bir sözlə pambıqla baş kəsəcək”
Qeyd edək ki, serialda baş rolları Xalq Artistləri Qurban İsmayılov (Nazim) və Həmidə Ömərova (Şəfiqə) ifa edirlər.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
30 Iyul 2026 18:07
"44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - Anar Ələkbərov
30 Iyul 2026 10:10
Zəka Vilayətoğlu: "Dənizə Yağan Yağış" - VİDEO
29 Iyul 2026 15:11
Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
24 Iyul 2026 23:42


Bakı -°C

