17 Aprel 2025 23:00
1244
İDMAN

"Atletiko Madrid" Qrizmannla yeni müqavilə İMZALAYACAQ

Antuan Qrizmann "Atletiko Madrid" komandası ilə yeni müqavilə bağlamağa hazırlaşır.

Adalet.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.

34 yaşlı fransız hücumçu Madrid təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləni uzatmaq barədə razılığa gəlib. Mövcud müqavilə bir il müddətinə artırılacaq. MLS klublarından təkliflər almasına baxmayaraq, Qrizmann "Atletiko"da qalmağa üstünlük verib.

Qeyd edək ki, təcrübəli futbolçu cari mövsümdə 46 oyuna çıxaraq 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.