AVRO-2024: Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.
Adalet.az-ın məlumatına görə, günün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Gürcüstanlı Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltidən fərqlənib. 59-cu dəqiqədə Patrik Şik tarazlığı bərpa edib.
Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.
Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.
***18:26
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda ikinci qol vurulub.
Adalet.az xəbər verir ki, çexiyalı hücumçu Patrik Şik 59-cu dəqiqədə tarazlığı bərpa edib - 1:1.
18:07
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda ikinci hissə başlayıb.
Adalet.az xəbər verir ki, hazırda Gürcüstan yığması hesabda öndədir - 1:0.
Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
***18:05
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda hesab açılıb.
Adalet.az-ın məlumatına görə, 45+4-cü dəqiqədə Gürcüstan seçməsi hesabı açıb.
Georges Mikautadze penaltini dəqiq yerinə yetirib.
Matçın ilk hissəsi bu hesabla başa çatıb.
***17:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.
Adalet.az xəbər verir ki, Gürcüstan - Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
Matçı almaniyalı Daniel Zibert idarə edir.
Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.
Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.
Digər Xəbərlər
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11


Bakı -°C

