11 Iyun 2024 13:47
700
İDMAN

AVRO-2024-ün FAVORİTLƏRİ

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) futbol üzrə Avropa çempionatının favoritlərinin siyahısını tərtib edib.

Adalet.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, Almaniya millisi çempionluğa ən güclü namizəd kimi göstərilib. Ev sahiblərinin qızıl medal əldə etmək indeksi 82.9-dur.

İkinci pillədə İspaniya yığması (82.4), üçüncü sırada isə Fransa seçməsi (82.2) qərarlaşıb.

Reytinq yığma üzvlərinin yaşı, boyu, transfer dəyəri və legioner həyatı yaşadıqları klubların səviyyəsinin ümumi göstəricilərinə əsasən hazırlanıb.

Futbol üzrə Avropa çempionatının favoritləri

Almaniya – 82.9

İspaniya - 82.4

Fransa - 82.2

İngiltərə - 81.1

Portuqaliya - 80.4

Niderland - 79.2

İtaliya - 78.8

Belçika - 78.2

Xorvatiya - 74.6

Danimarka - 74.2

Serbiya - 73.7

Ukrayna - 73.6

İsveçrə - 72.6

Polşa - 71.5

Çexiya - 71.4

Türkiyə - 70.9

Avstriya - 70.5

Şotlandiya - 68.6

Sloveniya - 67.0

Slovakiya - 66.8

Rumıniya - 66.5

Macarıstan - 65.6

Albaniya - 65.0

Gürcüstan - 63.6

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.