11 Iyul 2024 17:23
703
İDMAN

Avro-2024-ün final oyununu bu hakim idarə edəcək

35 yaşlı fransalı Fransua Leteksier Almaniyada başa çatmaq üzrə olan Avro-2024-ün final mərhələsinin İspaniya - İngiltərə oyununa baş hakim təyin olunub.

Adalet.az xəbər verir ki, bu barədə UEFA-nın saytında qeyd olunub. 

Ona fransızlar Siril Munye və Mehdi Rəhmuni kömək edəcəklər. Dördüncü hakim polşalı Şimon Marçiniakdır.

Qarşılaşma iyulun 14-də Berlinin Olimpia stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.