Avropa diplomatiyasının keçmiş rəhbəri saxlanıldı
Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Moqerini Aİ tərəfindən maliyyələşdirilən diplomatik təlim proqramı ilə bağlı dələduzluq işi ilə əlaqədar həbs edilib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl Avropa Baş Prokurorluğu (EPPO) Avropa İttifaqının (Aİ) Brüsseldəki diplomatik xidmətinin mənzil-qərargahında axtarışlar aparılıb, üç nəfər saxlanılıb.
Prokurorluğun məlumatına görə, axtarışlar bir neçə kollec və diplomatik xidmət binalarında, habelə şübhəlilərin evlərində aparılıb.
Bundan başqa, araşdırmanın Avropa Kollecinin tenderdə qalib gəldiyi Avropa ölkələrindən olan gənc diplomatlar üçün Aİ Diplomatik Akademiyası layihəsinə aid olduğu təsdiqlənib. Qurumun rəhbərliyi tender seçimi meyarları ilə bağlı əvvəlcədən məlumatlı olduğundan şübhələnir.
Digər Xəbərlər
13 Iyul 2026 12:32
Türkiyədə FETÖ üzvlərinə qarşı əməliyyat keçirilir - 968 nəfər...
13 Iyul 2026 11:14
İstirahərinizi Türkiyənin dəniz sahillərində olan bu kurortlarda keçirin - FOTOLAR
13 Iyul 2026 09:59
Ərdoğan Qərb liderləri ilə danışıqlar aparır
12 Iyul 2026 19:00


Bakı -°C

