adalet.az header logo
  • Bakı 3°C
  • USD 1.7
08 Dekabr 2022 12:47
151
DÜNYA

Avropa İttifaqında fikir ayrılıqları başlayıb

Finical Times bildirir ki, Macarıstan Avropa İttifaqına üzv dövlətlərin daimi nünayəndələrinin görüşündə, təqdim edilən növbəti antirusiya sanksiyalarının əleyhinə çıxıb.

Brüssel pandemiyanın fəsadlarının aradan qaldırılması üçün Budapeştə 5.8 milyard avro ayrılmasından imtina etməsinə cavab olaraq, Macarıstan Rusiyaya qarşı hazırlanan növbəti sanksiyalar paketini və Ukraynaya silah yardımı fondunun ikiqat artırılmasını tənqid edib. Bir çox diplomatlar Macarıstanın Aİ-nin qərarını "əsir ala biləcəyindən" təlaşa düşüb. Qərarın qəbul ediməsi üçün üzv dövlətlərin hamısının razılığı olmalıdır.

"Biz radikal addımların atılmasını gözləməliyik və buna hazır olmalıyıq"- deyə Avropa İttifaqının yüksək vəzifəli diplomatı qəzetə bildirib.

Bundan başqa Macarıstan Şenqen zonasının Xorvatiya, mümkündür ki, Rumıniya və Bolqarıstanla da sərhədlərinin açılmasına qarşı veto qoya biləcəyi də gözlənilir.

Avrokomissiya Kiyevə növbəti, 18 milyard avro maliyə yardımı ayrılmasını təklif edib. Bu vəsaitin 2023-cü ildən başlayaraq hissə-hissə Ukraynaya verilməsi nəzərdə tutulur.

 

Rüstəm Hacıyev