Avropa Liqası: "Qarabağ" FCSB-ya qarşı

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxacaq.
Adalet.az xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, hazırda turnir cədvəlində FCSB 11 xalla 10-cu, “Qarabağ” isə 3 xalla 33-cüdür.
Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur
21:45. “Qarabağ” (Azərbaycan) - FCSB (Rumıniya)
Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)
Tofiq Bəhramov adına Respublika Stadionu
Digər Xəbərlər

Fərid Qayıbov Avropa Badminton Konfederasiyasının prezidentini qəbul edib

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum oldu

"Futbolçular təslim olmadılar" - Ançelotti
