Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
Diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə səfərləri çərçivəsində “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar.
Adalet.az xəbər verir ki, 58 ölkədən və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər diplomata “İstisu” mineral su zavodu barədə məlumat verilib.
Qeyd olunub ki, Kəlbəcərin Dəlidağ ərazisində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşən “İstisu” mənbəyindən çıxan suyun temperaturu 60 dərəcədən yüksəkdir. Tərkibinə görə gündəlik istifadə üçün yararlı təbii qazlı mineral su hesab olunan “İstisu” zəngin və balanslaşdırılmış mineral tərkibi ilə seçilir.
Mütəxəssislərin rəyinə əsasən, unikal təbii şəraitdə formalaşan su insan orqanizmi üçün faydalı xüsusiyyətlərə malikdir. Balneologiya sahəsində ixtisaslaşmış xarici təşkilatlar tərəfindən də suyun keyfiyyət göstəriciləri yüksək qiymətləndirilib.
Digər Xəbərlər
22 Oktyabr 2026 12:21
Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi
22 Oktyabr 2026 11:42
Payız niyə yaz kimi keçir?
22 Oktyabr 2026 00:00
Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR
21 Oktyabr 2026 12:42


Bakı -°C

