"Avropada müharibə gedir" - Danimarkanın baş naziri

Danimarkanın baş naziri Mette Frederiksenin sözlərinə görə, Avropada hibrid müharibə gedir.
Adalet.az xəbər verir ki, onun sözlərini "Reuters" sitat gətirib.
Kopenhagendə Avropa liderlərinin qeyri-rəsmi sammitində Frederiksen NATO-nu Rusiyanın Avropanı parçalamaq məqsədi daşıdığı iddia edilən kollektiv Qərblə qarşıdurmasında hərəkətlərinə cavabını gücləndirməyə çağırıb. Bununla belə, siyasətçi Rusiyanın pilotsuz təyyarə insidentlərində iştirakını sübut edəcək heç bir sübut təqdim etməyib. Bu fonda Almaniyanın xarici işlər naziri Yohan Vadeful NATO-nu Avropada Rusiyanı günahlandıran dron insidentlərinə həddindən artıq reaksiya verməmək barədə xəbərdarlıq edib.
Digər Xəbərlər

Ukrayna münaqişəsi Avropa liderlərini qarşı-qarşıya qoyur

“İrana qarşı başqa effektiv təsir edə biləcək vasitələrdən istifadə etməlidirlər”

Boqota dövləti İsraillə ticarət əlaqələrini dayandırdı
