Keçmiş müdafiə naziri Krıma raket zərbələri endirməyi təklif etdi
Varşava təhlükəsizlik forumunda çıxış edən , Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles, təklif edib ki, Kiyevə Krım yarmadasını və Krım körpüsünə zərbələr endirmək üçün "Taurus" raketləri verilsin.
İstefada olan generalın bu bəyənatı Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremetin bərk xətirunə dəyib. O, Uollesin beynəlxalq axtarışa verilməsini tələb edib.
"Ada dövlətinin keçmiş müdafiə naziri, mütləq hərbi və terrorizmə dəstək verən cinayətkar kimi beynəlxalq axtarışa verilməlidir"- deyə Şeremet bəyan edib.
Xatırladırıq ki, Ben Uolles müdafiə naziri vəzifəsini 2023-cü ildə tərk edib.
Rüstəm Hacıyev
Digər Xəbərlər
11 Noyabr 2026 22:14
Qalibaf: Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır
11 Noyabr 2026 17:30
Pakistanda 11 polis öldürüldü - 10-dan çox yaralı var
11 Noyabr 2026 16:34
Bolqarıstanda Avropa Komissiyasının prezidentinə yumurta atıldı
11 Noyabr 2026 16:01


Bakı -°C

