"Avropanın müharibəyə hazırlaşdığını görürük" - Peskov
Moskva Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığını görür.
Adalet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 12-də Life jurnalisti Aleksandr Yunaşevin sualını cavablandırarkən bildirib.
"Həqiqətən də, Avropa ölkələrində çox güclü militarist tərəfdarı əhval-ruhiyyə var", - deyə Peskov bildirib.
Peskov, həmçinin, Serbiya prezidenti Aleksandr Vuçiçin Avropanın hərbi hazırlıqları ilə bağlı qiymətləndirməsini bölüşdüyünü təsdiqləyib.
Peskovun sözlərinə görə, Avropa ölkələri "özlərini hərbi büdcələrini daha da artırmağa məcbur edirlər" və Polşa da daxil olmaqla bəzi ölkələr artıq hərbi xərcləri ÜDM-in 5%-nə yaxınlaşıblar ki, bu da onların iqtisadiyyatına mənfi təsir göstərir.
Digər Xəbərlər
01 Aprel 2026 21:00
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
01 Aprel 2026 19:43
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
01 Aprel 2026 19:06
"Ermənistan tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcək" - Paşinyan
01 Aprel 2026 18:51


Bakı -°C

